Skopyedə (Şimali Makedoniya) Fişer şahmatı üzrə Avropa çempionatı keçirilib.
Sportnet.az xəbər verir ki, yarışda Azərbaycan şahmatçıları Eltac Səfərli, Rauf Məmmədov, Məhəmməd Muradlı və Namiq Quliyev iştirak ediblər.
Onlardan ən yaxşı nəticəni 11 oyundan 7,5 xal toplayan və 12-ci yeri tutan Məmmədov göstərib. Muradlı və Səfərli ondan yarım xal geri qalaraq, müvafiq olaraq, 23-cü və 26-cı pillələrdə qərarlaşıblar.
İsveçrə sistemi üzrə 11 turda keçirilən Avropa çempionatında ümumilikdə 142 şahmatçı mübarizə aparıb.
Qeyd edək ki, Fişer şahmatı 11-ci dünya çempionu Robert Fişerin təklif etdiyi şahmat variantıdır. Adi şahmatdan onunla fərqlənir ki, lövhənin birinci və səkkizinci cərgəsində fiqurlar müəyyən məhdudiyyətlərlə təsadüfi şəkildə yerləşdirilir.