
“Yarışda 2 idmançımız finala vəsiqə qazandı, 1 idmançımız – Yağmur isə üçüncü yerə sahib oldu".
Bunu Sportnet.az-a açıqlamasında stolüstü tennis üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ramin Cəfərov III MDB Oyunlarında fərdi yarış barədə danışarkən deyib.
"Hər idman növündə olduğu kimi, bu yarışda da güclü idmançılar iştirak edirdi. Onur Quluzadə qazaxıstanlı rəqibini məğlub etdi, Adil Əhmədzadə isə Belarus idmançısı üzərində inamlı qələbə qazanaraq finala yüksəldi", - deyə o əlavə edib.
Cəfərov komanda yarışında gümüş medal qazanmalarına da diqqət çəkib: "Finalda az fərqlə qələbəni əldən verdik. Bununla belə, təşkilatçılıq yüksək səviyyədə idi. Fürsətdən istifadə edərək təşkilatçılara təşəkkürümü bildirirəm".