Beynəlxalq Şahmat Federasiyası (FIDE) dünya çempionluğu uğrunda mübarizə aparacaq kişi və qadınlar arasında Namizədlər Turnirinin tam iştirakçı siyahısını açıqlayıb.
Sportnet.az xəbər verir ki, siyahıda Azərbaycan şahmatçılarının yer almaması diqqət çəkib.
Namizədlər turniri 29 mart – 15 apreldə Kiprin cənub-qərb sahilində keçiriləcək. Yarışda kişilər və qadınlar üzrə 8 namizəd mübarizə aparacaq.
Kişilər arasında turnirdə Andrey Yesipenko (Rusiya), Fabiano Karuana, Hikaru Nakamura (hər ikisi ABŞ), Aniş Giri (Niderland), Mattias Blübaum (Almaniya), Vey Yi (Çin), Javohir Sindarov (Özbəkistan) və Rameşbabu Praqnanandha (Hindistan) çıxış edəcək.
Qadınların yarışında isə Aleksandra Qoryaçkina və Yekaterina Laqno (hər ikisi Rusiya), Çju Tsiner və Tan Çjunyi (hər ikisi Çin), Divya Deşmukh, Hampi Koneru, Rameşbabu Vayşali (hamısı Hindistan), eləcə də Bibisara Asaubayeva (Qazaxıstan) yer alıb.
Hazırda dünya çempionu hindistanlı Qukeş Dommaraçu, qadınlar arasında isə dünya şahmat tacının sahibi çinli Czü Venzyundur.











































































