
Bakıda keçirilən FİDE-nin kişi şahmatçılar arasında 2014-2015-ci illər üçün "Qran-Pri” seriyasının 1-ci mərhələsinin 7-ci turu yekunlaşıb. Sportnet.az-ın məlumatına görə, bu tur təmsilçilərimiz görüşləri "sülh"lə başa vurublar.
Qrossmeysterimiz Kuba şahmatçısı Lenyer Dominges ilə heç-heçə edərək aktivindəki xalların sayını 4-ə çatdırıb. Şəhriyar Məmmədyarov isə Yevgeni Tomaşevski ilə xalları yarı bölüb. 7 turdan sonra Teymur 4 xalla 3-5-ci yerləri bölüşdürür, Şəhriyar isə 2.5 xalla sonuncu pillədə qərarlaşıb. 8-ci turda Rəcəbov Yevgeni Tomaşevski ilə, Məmmədyarov Karyakinlə qarşılaşacaq.
8-ci turun digər cütlükləri belədir:
Kasımcanov Rustam - Karuana Fabiano
Qrişuk Aleksandr - Andreykin Dmitri
Dominges Peres Leynyer - Svidler Peter
Gelfand Boris - Nakamura Hikaru
Qeyd edək ki, "Qran-Pri” turniri dörd mərhələdən ibarət olur. Hər bir iştirakçı üç turnirdə iştirak etməlidir. Sonda nəticələr hesablanır və ən cox xal toplamış iki iştirakçı İddiaçılar turnirində çıxış etmək hüququ qazanacaq.