1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ümumdünya Şahmat Olimpiadasına yekun vuruldu - YENİLƏNDİ
Gürcüstanın Batumi şəhərindəki 43-cü Ümumdünya Şahmat Olimpiadasına yekun vurulub.
Sportnet.az xəbər verir ki, Azərbaycanın kişi və qadınlardan ibarət yığmaları sonuncu – XI turda müvafiq olaraq, Serbiya və Vyetnam komandaları ilə qarşılaşıblar.
Kişilərdən ibarət kollektiv rəqibi 4:0 hesabı ilə məğlub edərək, xallarını 15-ə çatdırıb və yarışı 15-ci pillədə başa vurub. İlk 3 yerdə qərarlaşan ABŞ, Rusiya və Çin eyni – 18 xal toplayıb. Lakin əlavə əmsallara görə Çin Olimpiadanın qalibi olub.
Qadınlardan ibarət milli isə son oyunda heç-heçə etməklə, xalını 16-ya yüksəldib və yekunda 9-cu yeri tutub. Çin və Ukrayna 18 xal toplasa da, asiyalılar əlavə əmsallara görə birinci olub.
Ümumdünya Şahmat Olimpiadası
XI tur
Kişilər
Serbiya - Azərbaycan - 0:4
Duşan Popoviç - Teymur Rəcəbov - 0:1
Miloş Roqanoviç - Arkadi Naydiç - 0:1
Marko Neneziç - Rauf Məmmədov - 0:1
Velimir İviç - Eltac Səfərli - 0:1
Qadınlar
Vyetnam - Azərbaycan - 2:2
Vo Thi Kim Funq - Günay Məmmədzadə - 0:1
Fam Le Thao Nquen - Zeynəb Məmmədyarova - 0,5:0,5
Thi Bao Tram Hoanq - Gülnar Məmmədova - 0,5:0,5
Thi Mai Hunq Nquyen - Ülviyyə Fətəliyeva - 1:0