Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç Şəmkir şəhərinə gəlib.
Sportnet.az “Report”a istinadən xəbər verir ki, 47 yaşlı rusiyalı funksionerin səfərinin məqsədi Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess" superturnirini izləməkdir. A. Dvorkoviç burada Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və Azərbaycan Şahmat vitse-prezidenti Mahir Məmmədovla görüşüb.
FIDE rəhbəri yarışın V turu çərçivəsində keçirilən Maqnus Karlsen (Norveç) - Şəhriyar Məmmədyarov (Azərbaycan) görüşündə ilk gedişi edib.