Azərbaycan şahmatçısı Teymur Rəcəbovun Çempionlar Turunun "Opera Euro Rapid" adlanan mərhələsinin 3-cü yer uğrunda görüşündəki rəqibi müəyylənləşib.
Sportnet.az-ın məlumatına görə, 34 yaşlı qrossmeyster fransalı Maksim Vaşye-Laqravla üz-üzə gələcək. Finalda isə norveçli dünya çempionu Maqnus Karlsenlə ABŞ təmsilçisi Uesli So qarşılaşacaq. Görüşlər 13-14 fevralda keçiriləcək.
Rəcəbov yarımfinalda Soya, Vaşye-Laqrav isə Karlsenə uduzub.
Qeyd edək ki, turnirin ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.