
Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi olan "The FTX Crypto Cup"da bu gün 1/4 final mərhələsinə start verilib.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan şahmatçısı Teymur Rəcəbov da ilk görüşlərini keçirib. 34 yaşlı qrossmeyster niderlandlı Aniş Giri ilə qarşılaşib. Rəcəbov ilk 3 partiyanı heç-heçə ilə bitirsə də, sonuncusundan qalib ayrılıb - 1:0. Beləliklə, ilk oyun günündə Azərbaycan şahmatçısı 2,5:1,5 hesablı qələbə qazanıb.
Cavab görüşləri mayın 27-də keçiriləcək.
Oyunlar 26 - 27 mayda keçiriləcək. Qarşılaşmaların ardından qalib müəyyənləşməsə, tay-brek oynanılacaq.
1/4 finalda qarşılaşacaqlar
Aniş Giri (Niderland) - Teymur Rəcəbov (Azərbaycan) - 2,5:1,5 (0,5:0,5, 0,5:0,5, 0,5:0,5, 1:0)
Fabiano Karuana (ABŞ) - Yan Nepomnyaşi (Rusiya) - 2:2 (0:1; 0,5:0,5; 0,5:0,5; 1:0)
Hikaru Nakamura (ABŞ) - Maqnus Karlsen (Norveç) - 2:2 (1:0; 0:1; 1:0; 0:1)
Maksim Vaşye-Laqrav (Fransa) - Uesli So (ABŞ) - 1:3 (0,5:0,5; 0,5:0,5; 0:1; 0:1)
Qeyd edək ki, Teymur Rəcəbov təsnifat mərhələsində 8,5 xal yığaraq, Karlsenlə 6-7-ci yerləri bölüşüb. Bu nəticə onun 1/4 finala vəsiqə qazanmasına imkan verib. Azərbaycanın digər şahmatçısı Şəhriyar Məmmədyarov isə 7,5 xalla 10-cu yeri tutub və mübarizəni dayandırıb.
28 - 29 mayda yarımfinal, 30 - 31 mayda final qarşılaşmaları gerçəkləşəcək. Turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonusdur.