
Azərbaycan Şahmat Federasiyasının (AŞF) yeni tərkibdə olan İcraiyyə Komitəsinin iclası keçirilib.
AŞF-nin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, iclasda İlahə Qədimova baş katib vəzifəsinə təsdiqlənib.
Qədimova yenidən bu vəzifəyə seçilib.
Toplantıda “Azərbaycan Şahmat Turu”nun təşkilatçılığı, yaxın aylarda baş tutacaq yarışlara hazırlıq məsələləri müzakirə edilib.