
Şahmat üzrə milli komandanın sabiq üzvü, Azərbaycan çempionu Məhəmməd Zülfüqarlıya ağır itki üz verib.
Sportnet.az xəbər verir ki, M.Zülfüqarlının oğlu Toğrul Zülfüqarlı faciəvi şəkildə vəfat edib.
2007-ci il təvəllüdlü Toğrul Zülfüqarlı Bakının Nəsimi rayonunda yaşadığı çoxmərtəbəli binadan bədbəxt hadisə nəticəsində yıxılıb. O, aldığı xəsarətlərdən vəfat edib.
Bununla əlaqədar Azərbaycan Şahmat Federasiyası mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin...