1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
FIDE-də dəyişiklik
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Nizamnaməsinə dəyişiklik edilib.
Sportnet.az qurumun saytına istinadən xəbər verir ki, bundan sonra eyni şəxs iki dəfədən artıq qurumun prezidenti seçilə bilməyəcək.
Qərar FIDE-nin Baş Assambleyasının Gürcüstanın Batumi şəhərində keçirilən iclasında qəbul olunub.
Qeyd edək ki, FIDE prezidenti hər dörd ildən bir seçilir. Rusiya Baş nazirinin keçmiş müavini Arkadi Dvorkoviç oktabyrın 3-də FIDE-nin yeni prezidenti seçilib. Onun sələfi Kirsan İlümjinov 1995-ci ilin noyabrından bu postda çalışıb və qurumun Etika Komitəsi tərəfindən 2018-ci il iyulun 13-də vəzifəsindən kənarlaşdırılıb.