
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkilatçılığıyla Bakıda hakimlər üçün seminar keçirilir.
Federasiyadan Sportnet.az-a verilən məlumata görə, 4 ölkədən 50-dən çox hakimin iştirak etdiyi seminarda yeniliklər barədə məlumatlar veriləcək, superturnirlər, dünya, Avropa çempionatları o cümlədən Ümumdünya Şahmat Olimpiadasında ədalət təmsilçilərinin vəzifəsindən danışılacaq.
Seminarın açılış günündə FIDE və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov çıxış edərək hakimlərə uğurlar arzu edib.
Qeyd edək ki, seminarı AŞF-nin vitse-prezidenti, bir çox mötəbər çempionatlarda, Ümumdünya Şahmat Olimpiadasında baş hakim olan Faiq Həsənov, eləcə də Kanadadan ölkəmizə səfər edən beynəlxalq hakim Vadim Çıpin idarə edir.