Azərbaycan şahmatçısı Eltac Səfərli Almaniyanın Şvebiş-Qmyund şəhərində keçirilən "Staufer-Open" turnirində liderliyini davam etdirir.
Sportnet.az xəbər verir ki, o, xal itirmədən 100 faizlik nəticə ilə irəliləyir.
Eltac üçüncü oyununda ev sahibi Verner Plotzu məğlub edib.
Qeyd edək ki, Səfərli əlavə göstəricilərə görə altı şahmatçını qabaqlayaraq turnirə başçılıq edir.