Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) İdarə Heyətinin 2025-ci ilin yekunları üzrə hesabat xarakterli iclası keçirilib.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, əvvəlcə baş katib Fərhad Əliyev maliyyə hesabatını və ötən il ərzində qurumun həyata keçirdiyi layihələrin, qazanılmış nəticələrin hesabatını təqdim edib.
Daha sonra iclasın gündəliyində yer alan digər məsələlər müzakirəyə çıxarılıb.
Qərara alınıb ki, AKAF-ın Hakimlər Kollegiyası yaradılsın və İlqar Tağıyev kollegiyaya sədr seçilsin, Aleksandr Jukovski kanoe üzrə milli komandaya baş məşqçi vəzifəsinə təyin edilsin və akademik avarçəkmə üzrə yığmanın baş məşqçisi Volodimir Morozovun növbəti Olimpiya dövrü üçün fəaliyyətinin davam etdirilməsinə qərar verilsin.
Eyni zamanda federasiyaya yeni üzvlər seçilib.

















































































