24-26 aprel tarixlərində İtaliyada akademik avarçəkmə üzrə “Paolo De Aloya” xatirə turniri keçiriləcək.
Sportnet.az xəbər verir ki, nüfuzlu beynəlxalq yarışda Azərbaycan Su İdman Növləri Federasiyası Volodimir Morozovun məşqçiliyi ilə 3 nəfərlik heyətlə mübarizə aparacaq.
Komandamızın heyətində perspektivli idmançılar olan Azər İlyasov, Ziya Məmmədzadə və Nurlan Paşayev mükafatçılar sırasına düşməyə çalışacaq.



















































































