Azərbaycanın yeniyetmə yelkənçiləri Türkiyədə keçirilən beynəlxalq turnirdə iki medal qazanıblar.
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın Sportnet.az-a verdiyi məlumata görə, Ayla Babayeva "Laser 4.7" sinfi üzrə qadınlar qrupunda qızıl, Murad İsmayıl kiçik yaş qrupunda gümüş medal qazanıb. İsmayıl Kərimov isə ümumi nəticədə 4-cü yerə layiq görülüb.
Yarış İtaliyanın Qarda gölündə “Optimist” sinfi üzrə keçiriləcək dünya çempionatına, Portuqaliyada “Laser 4.7” sinfi üzrə keçiriləcək Avropa çempionatına, eyni zamanda, 2021-ci ildə Bodrumda “Optimist” sinfi üzrə keçirilməsi planlaşdırılan dünya çempionatına hazırlıq məqsədi daşıyıb.
Qeyd edək kİ, bu Azərbaycan idmanı tarixində ilk belə haldır.