1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan millisində ŞOK itki
Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. Sportnet.az-ın məlumatına görə, mayın 1-də Çexiyanın Raçitse şəhərində start götürəcək kayak və kanoe üzrə Avropa çempionatı öncəsi Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. Əsas medal ümidlərindən sayılan kanoe üzrə 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenko xəstələndiyi üçün heyətdən çıxarılıb.
Hazırda müalicə alan 32 yaşlı idmançını gənc Nikita Sablin əvəzləyib. Sablin 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşlərə qatılacaq.
Qeyd edək ki, 3 gün davam edəcək Avropa çempionatında Azərbaycanı Nikita Sablindən əlavə, Anatoli Melnik və Sergey Bezuqlıy - Aleksey Kupin dueti kanoe, İnna Osipenko-Radomskaya və Mirnazim Cavadov kayak növündə təmsil edəcək.