
Azərbaycan avarçəkənləri "Prezident Kuboku-2025” beynəlxalq turnirinin ikinci günündə daha üç medal qazanıblar.
Sportnet.az xəbər verir ki, Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edən yarışda 2011-2012 təvəllüdlü avarçəkənlərdən Mustafa Vəlizadə/Elmir Tarverdiyev cütü gümüş, Sənan Cəfərzadə/Tahir Mövsümov cütü bürünc mükafat əldə edib.
2006-2007 təvəllüdlülərdən isə Nurlan Paşayev akademik avarçəkmədə gümüş medal qazanıb.
Qeyd edək ki, Azərbaycanın idmançılarının aktivində ümumilikdə 8 medal var.