
Azərbaycan üzgüçüsü Oktay Hüseynov III MDB Oyunlarında gümüş medal qazanıb. Yarışdan sonra Hüseynov Sportnet.az-a açıqlama verib.
“Nəticəm pis deyildi, amma daha yaxşı ola bilərdi. Nəticə etibarilə gümüş medal qazandım. Son ana qədər mübarizə apardım, lakin 3-4 saniyə fərqlə qızıl medalı əldən verdim. Bunun səbəbi üzmə zamanı bədənimin tutulması oldu. Bundan başqa, beynəlxalq yarışlarda da iştirak etmişəm – Latviyada, Çexiyada, Estoniyada çıxış edərək medallar qazanmışam”, - deyə o bildirib.
Hüseynov hər yarışın ona yeni təcrübə qazandırdığını vurğulayıb və gələcəkdə daha yaxşı nəticələr üçün çalışacağını söyləyib.