Azərbaycan Premyer Liqasında VI turun daha bir oyun günü arxada qalıb.
Sportnet.az xəbər verir ki, günün son matçında "Neftçi" ""Karvan-Yevlax"ı qəbul edib.
"Palms Sports Arena"da təşkil olunmuş görüşdə qalib müəyyənləşməyib - 0:0. Meydan sahiblərinin sabiq, qonaq komandanın hazırkı qapıçısı Kamran İbrahimov bir sıra qurtarışları ilə görüşün qəhrəmanına çevrilib.
Növbəti oyunda xal itirən "Neftçi" 7 xalla 8-ci, "Karvan-Yevlax" isə 5 xalla 10-cu pillədə yer alıb.
----------------------------
Azərbaycan Premyer Liqasında VI turun növbəti oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, Şamaxı şəhər stadionunda eyniadlı komanda "Araz-Naxçıvan"la üz-üzə gəlib.
Baş hakim Rəşad Əhmədovun idarə etdiyi görüş heç-heçə ilə yekunlaşıb - 1:1.
17-ci dəqiqədə Karim Rossinin vurduğu qol hesaba alınmasa da, "Şamaxı" 26-cı dəqiqədə Rüfət Abbasovun dəqiq zərbəsi ilə hesabı açıb. "Araz-Naxçıvan"ın cavab topunu 73-cü dəqiqədə Şarl Boli vurub.
Beləliklə, xalını 11-ə çatdıran Naxçıvan komandası 2-ci pilləyə, "Şamaxı" isə 6 xalla 8-ci pilləyə yüksəlib.
-----------------
Bu gün Azərbaycan Premyer Liqasında VI turun daha 2 oyunu keçiriləcək.
Sportnet.az xəbər verir ki, əvvəlcə Şamaxı şəhər stadionunda eyniadlı komanda ilə "Araz-Naxçıvan" üz-üzə gələcək.
5 oyundan sonra "Şamaxı" 5 xalla 9-cu, "Araz-Naxçıvan" 10 xalla 4-cü yerdə gedir. Naxçıvan təmsilçisi qələbə qazansa, ən azı bir günlük liderliyə yüksələcək.
İki komanda indiyədək 8 matçda üz-üzə gəlib. Bunların 2-də "Şamaxı", 5-də "Araz-Naxçıvan" qələbə qazanıb, 1 oyun heç-heçə ilə başa çatıb. Topların nisbətində Muxtar Respublika komandası 2 dəfə üstündür - 8:4.
“Araz-Naxçıvan” texniki nəticə nəzərə alınmasa, bütün görüşlərdə qol vurub. “Şamaxı” son iki ev qarşılaşmasında minimal hesabla uduzub.
Günün son qarşılaşması "Neftçi" və "Karvan-Yevlax" arasında baş tutacaq. Hazırda paytaxt komandası 6 xalla 8-ci, əyalət təmsilçisi 4 xalla 11-ci yerdə gedir. İki komanda indiyədək bir-biri ilə görüşməyib.
Azərbaycan Premyer Liqası, VI tur
27 sentyabr
15:30. “Şamaxı” – “Araz-Naxçıvan” - 1:1
Qollar: Rüfət Abbasov, 28 - Şarl Boli, 73
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Kərim Zeynalov, İslam Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: İlham Əliyev
Şamaxı şəhər stadionu
19:00. “Neftçi” – “Karvan-Yevlax” - 0:0
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Zöhrab Abbasov, Nicat İsmayıllı
VAR: Fərid Hacıyev
AVAR: Vüqar Həsənli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“Neftçi Arena”
Xatırladaq ki, turun ilk oyunlarında "Zirə" səfərdə "İmişli" ilə heç-heçə edib - 1:1. "Qarabağ" isə evdə "Qəbələ"yə qalib gəlib - 2:0. Tura sentyabrın 28-də keçiriləcək "Turan Tovuz" - "Kəpəz" və "Sabah" - "Sumqayıt" oyunları ilə yekun vurulacaq.














































































