
Yay transfer pəncərəsində rekord sayda futbolçu transferi həyata keçirilib.
Sportnet.az-ın FIFA-nın rəsmi saytına istinadən məlumatına görə, kişi futbolunda 12 000-dək beynəlxalq müqavilə bağlanılıb.
Transfer xərcləri görünməmiş məbləğə - 9,76 milyard dollara qalxıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 50 faiz çoxdur.
İngiltərə futbolu həm alınan oyunçu sayında, həm də xərclənən pulların məbləğində lider olub. FIFA-dan bildirilib ki, yay transfer dövründə bu ölkənin klubları 535 futbolçu alıblar. Portuqaliya (479 oyunçu) ikinci, Braziliya (425) üçüncü yerdə gedir.
Qadın futbolu həm milli, həm də dünya səviyyəsində ən böyük artım nümayiş etdirib və 2024-cü illə müqayisədə xərclərini 80 faiz artırıb. Almaniya, İngiltərə və ABŞ ən çox gəlir əldə edən ölkələr olub.