
"Belə bir uğur mənim üçün çox vacib idi".
Bunu Sportnet.az-a açıqlamasında III MDB Oyunlarında bürünc medal qazanan Azərbaycan üzgüçüsü Mehri Əbdürəhmanlı deyib.
Yeniyetmə idmançı yarışın hər anından zövq aldığını bildirib: "Bu medal gələcək karyeram üçün çox önəmli idi".
O, atası, millinin baş məşqçisi Rəşad Əbdürəhmanlının bu nailiyyətdə böyük rol oynadığını söyləyib: "Demək olar ki, bütün rolu əslində atam oynadı, atam mənə dəstək oldu. Ona çox təşəkkür edirəm".
Medalı atasının verməsini özü üçün çox möhtəşəm hiss adlandıran Mehri Əbdürəhmanlı "Bu, adi hisslər kimi deyil. Çox şad oldum ki, məni atam mükafatlandırdı", - deyə vurğulayıb.