Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında basketbol yarışları üçün püşkatma mərasimi keçirilib.
Sportnet.az-ın məlumatına görə, olimpiadada kişi və qadınların turnirinin hər birində 12 komanda mübarizə aparacaq. Qrup mərhələsinin və yarışın tam təqvimi hələ açıqlanmayıb.
Qadınların yarışında isə qrup mərhələsinin bütün iştirakçıları bəllidir.
A qrupu: Cənubi Koreya, Serbiya, Kanada, İspaniya
B qrupu: Nigeriya, Yaponiya, Fransa, ABŞ
C qrupu: Avstraliya, Peru, Çin Belçika
Kişilərin yarışında qrup mərhələsinin 4 iştirakısı 29 iyun - 4 iyuldakı təsnifat mərhələlərindən sonra bəlli olacaq.
A qrupu: İran, Fransa, ABŞ, həmçinin Kanadadakı təsnifat mərhələsinin qalibi
B qrupu: Avstraliya, Nigeriya, həmçinin Xorvatiyadakı və Serbiyadakı təsnifat mərhələlərinin qalibləri
C qrupu: Argentina, Yaponiya, İspanya, həmçinin Litvadakı təsnifat mərhələsinin qalibi
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il 24 iyul - 9 avqustdan bu il 23 iyul - 8 avqusta təxirə salınıb.