
Bu gün Azərbaycanın daha 2 idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.
Sportnet.az-ın məlumatına görə, yarışın növbəti günündə cüdoçu Məmmədəli Mehdiyev və boksçu Alfonso Dominges qüvvəsini sınayacaq. Bundan əlavə Badmintonçu Eddi Reski Dviçayo L qrupunda növbəti görüşünü keçirəcək.
90 kq çəki dərəcəsində yer alan Mehdiyev 1/16 final mərhələsində Rafael Makedo (Braziliya) / İslam Bozbayev (Qazaxıstan) cütünün qalibi ilə üz-üzə gələcək.
Dominges 1/8 finalda Dilşodbek Ruzmetovlə (Özbəkistan) görüşəcək.
İlk oyunda qələbə qazanan Dviçayo danimarkalı Anders Antonsenin müqavimətini qırmağa çalışacaq.
Tokio-2020
28 iyul
Cüdo
90 kq
06:00 - 09:30. 1/16 final. Məmmədəli Mehdiyev - Rafael Makedo (Braziliya) / İslam Bozbayev (Qazaxıstan)
Badminton
L qrupu
15:00. Edi Reski Dviçayo - Anders Antonsen (Danimarka)
Boks
15:27. 1/8 final. Alfonso Dominges - Dilşodbek Ruzmetov
Qeyd edək ki, indiyədək Azərbaycanın 17 idmançısı olimpiada ilə vidalaşıb.