
Azərbaycanı FIBA Çempionlar Liqasında təmsil edəcək "Sabah" təlim-məşq toplanışında olduğu Litvada ilk yoxlama matçını keçirib.
Sportnet.az xəbər verir ki, ölkə çempionu Almaniya yüksək liqa təmsilçisi "Rostok Sivulvz"la qarşılaşıb. Matç "Sabah"ın 72:71 hesablı qələbəsi ilə başa çatıb.
Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektivin hazırlıq prosesi sentyabrın 10-dək davam edəcək.