
NTD klubu növbəti transferləri reallaşdırıb.
Sportnet.az xəbər verir ki, komanda iki ABŞ-lı basketbolçu ilə anlaşıb. 24 yaşlı Daniel Mudi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. 201 sm boya malik forvard son olaraq “Montana Steyt Yuniversiti Billinqs Athletiks”in şərəfini qoruyub.
Klub həmçinin Kolin Qolsonla mövsümün sonuna kimi müqavilə bağlayıb. 22 yaşlı forvardın son klubu “Ueyn Steyt Yuniversiti” olub. 195 sm boyu var.