
İyunun 7-də Kosovonun paytaxtı Priştina şəhərində 3x3 basketbol üzrə 2025-ci il Avropa Kubokunun təsnifat mərhələsinin oyunları start götürəcək.
Sportnet.az xəbər verir ki, təsnifat oyunlarında Azərbaycanın həm kişi, həm də qadınlardan ibarət milliləri əsas mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar.
Kişilərdən ibarət milli B qrupunda Kosovo və Malta, qadın millisi isə B qrupunda Kosovo yığması ilə üz-üzə gələcək. Kişi millisi qrupda ilk oyununu 7 iyunda Bakı vaxtı ilə saat 21:45-də Maltaya qarşı, ikinci oyununu isə 8 iyun saat 23:35-də Kosovo yığmasına qarşı keçirəcək.
Qadın yığmasının qrupdakı yeganə oyunu 8 iyun saat 23:10-da Kosovo millisinə qarşı baş tutacaq.
Qeyd edək ki, kişi və qadın kateqoriyalarında yalnız təsnifat mərhələsinin qalibləri Avropa Kubokunun əsas mərhələsində iştirak hüququ qazanacaqlar.