
3X3 qadın basketbolçulardan ibarət Azərbaycan milli komandası Avropa Kubokunun təsnifat mərhələsinin qrup oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, rəqib yerli Kosovo millisi olub.
Qarşılaşmadan 22:10 hesablı qələbə ilə ayrılan Azərbaycan millisi yarımfinalda Maltaya rəqib olub.
Növbəti oyun iyunun 8-də Bakı vaxtı ilə saat 20:40-da başlanacaq.