
Azərbaycanın voleybol üzrə kişi və qadınlardan ibarət milli komandalarının Avropa Liqasının növbəti turu üçün oyun cədvəli açıqlanıb.
Sportnet.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, qadınlardan ibarət komanda Qızıl Avropa Liqasında Xorvatiya ilə üz-üzə gələcək.
Xorvatiyanın Zadar şəhərində təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da start götürəcək. Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv daha əvvəl Macarıstan, Sloveniya və Slovakiyaya 0:3, Monteneqroya 1:3 hesabı ilə uduzub.
Kişilərdən ibarət kollektiv isə Gümüş Avropa Liqasında Lüksemburqla qarşılaşacaq. Görüş saat 18:00-da Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində start götürəcək.
Oyun cədvəlləri
Avropa Qızıl Liqası (Qadınlar)
III tur (Xorvatiya)
13 iyun
16:30. Azərbaycan - Xorvatiya
14 iyun
16:30. Rumıniya - Azərbaycan
15 iyun
16:30. Xorvatiya - Rumıniya
Oyunların keçirilmə saatı yerli vaxtla göstərilib.
Avropa Gümüş Liqası (Kişilər)
II tur (Azərbaycan)
13 iyun
18:00. Lüksemburq - Azərbaycan
14 iyun
18:00. Macarıstan - Lüksemburq
15 iyun
18:00. Azərbaycan - Macarıstan
GİN-in Voleybol Mərkəzi