
Qazaxıstanın Atırau şəhərində 14 yaşa qədər oğlanlar arasında "Airom Cup" beynəlxalq basketbol turnirinin final oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, Azərbaycan yığması Gürcüstanın "Kutaisi" komandası ilə qarşılaşıb və 64:41 hesabı ilə qalib gəlib.
Bütün rəqibləri üzərində inamlı qələbələr əldə etmiş U-14 yığması "Airom Cup" beynəlxalq turnirinin qalibi olub.