
"Neftçi" basketbol komandasının yeni baş məşqçisi müəyyənləşib.
Paytaxt təmsilçisindən Sportnet.az-a verilən məlumata görə, bu posta Vitali Stepanovski təyin olunub.
Ukraynalı mütəxəssis əvvəllər “Ximik” (Ukrayna), “Krayova” (Rumıniya) komandalarının və Ukrayna millisinin baş məşqçisi olub. Onun sonuncu iş yeri isə Estoniyanın “Parnu” klubu olub.
Qeyd edək ki, Vitali Stepanovskinin köməkçiləri həmyerlisi Oleq Qonçarov və gürcüstanlı Daviti Çivçivadze olacaq.