
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Kubokunda final oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, rəqib Niderland yığması olub.
Görüş "narıncılar"ın qələbəsi ilə başa çatıb - 21:16.
Bununla da Azərbaycan millisi tarixi nailiyyətə imza ataraq, Avropa Kubokunun gümüş medal qazanıb.
Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl qrup mərhələsində Fransa (21:16) və Ukraynaya (21:14), 1/4 finalda Polşaya (16:13), yarımfinalda İspaniyaya 21:17 hesabı ilə qalib gəlib.