
“Quba” basketbol klubu növbəti transferi reallaşdırıb.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, bu, ötən mövsümü "Lənkəran"da keçirmiş Varid Ağasızadədir.
Artıq Ağasızadə "Quba"nın təlim-məşq toplanışına qoşulub.
2004-cü il təvəllüdlü basketbolçu oyun qurucusudur. O, əvvəllər “Sərhədçi” və “Lənkəran” klublarının formasını geyinib.