
Azərbaycan Basketbol Liqasında III turun "Neftçi" - "Gəncə" oyunu təxirə salınıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, səbəb paytaxt komandasının Avropa Kubokunda da iştirak etməsidir.
III turun görüşləri 17 - 19 oktyabrda keçiriləcək.
Qeyd edək ki, "Neftçi" Avropa Kubokunun əsas mərhələsinin I turunda Estoniyanın "Kalev" klubu ilə üz-üzə gələcək. Oktyabrın 21-də Bakı İdman Sarayında keçiriləcək görüş saat 19:00-da start götürəcək.