
Azərbaycan futbolunun tanınmış simaları "Sabah" və Almaniyanın "Alba Berlin" komandaları arasında keçirilən basketbol üzrə Çempionlar Liqasının II tur matçını canlı izləyirlər.
Sportnet.az-ın məlumatına görə, Milli Gimnastika Arenasının fəxri tribunasında AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və vitse-prezidenti Balakişi Qasımov da yer alıb.
Eyni zamanda, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və onun "Zirə"dəki həmkarı Rəşad Sadıqov da qarşılaşmaya tamaşa edənlər arasındadır.
Qeyd edək ki, "Sabah" - "Alba Berlin" oyunu saat 20:00-da başlanıb. Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv keçirdiyi ilk matçda Çexiyanın "Nimburk" klubuna 65:93 hesabı ilə uduzub.