
Böyük Britaniyanın kişi basketbolçulardan ibarət milli komandası beynəlxalq yarışlara buraxılmayacaq.
Sportnet.az "The Guardian"a istinadən xəbər verir ki, qadağa İngiltərə basketbolunun rəhbər orqanlarına qarşı sanksiyalar götürülənədək davam edəcək.
Beynəlxalq Basketbol Federasiyası (FIBA) Britaniya Basketbol Federasiyasının (BBF) səlahiyyətlərini müvəqqəti dayandırıb. O cümlədən, təşkilata kişilərdən ibarət milli komanda formalaşdırması qadağan edilib.
Sanksiyalar 2024-cü ildə Britaniyanın kişi basketbolunda baş vermiş münaqişə üzündən tətbiq edilib. Britaniya Super Liqası klubları federasiya rəhbərliyinə etimadsızlıq ifadə edərək, turnirlərdən çıxmaqla hədələyiblər və məhkəmə iddiası qaldırıblar.
FIBA vəziyyəti tənzimləmək üçün birbaşa Böyük Britaniyanın basketbol təşkilatları və hökuməti ilə müştərək fəaliyyət göstərəcək işçi qrup yaradıb.