Azərbaycan Basketbol Liqasında çıxış edən “Absheron Lions” heyətini gücləndirib.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, “şirlər” heyətinə ABŞ basketbolçusu Trevion Lamarı qatıb.
27 yaşlı oyunqurucusu ilə rəsmi müqavilə imzalanıb.
Trevion Lamarın son klubu İsveçrə təmsilçisi “Starvinqz Basket Bazel” olub. O, ötən mövsüm orta hesabla 15.3 xal, 7.8 ribaund və məhsuldar ötürmələrlə yadda qalıb.
Qeyd edək ki, “Absheron Lions” daha öncədən baş məşqçinin də açıqladığı kimi, De Sean Eikenslə də rəsmi olaraq qarşılıqlı razılıq əsasında yollarını ayırıb.















































































