
"Bu, kollektiv əməyin nəticəsi idi və belə bir qələbəyə layiq idik". Sportnet.az-ın məlumatına görə, bunu "Azəryol"un voleybolçusu Katerina Jidkova Polşanın "Polski Kukyer" komandası ilə CEV Kubokunun 1/4 final mərhələsinin cavab görüşündən sonra deyib.
O, 3:0 hesabı ilə qalib gələrək, növbəti mərhələyə yüksəlmələrindən məmnun olduğunu bildirib: "İndi növbəti hədəfimiz işləmək və Çağırış mərhələsinə hazırlaşmaqdan ibarətdir".
Qeyd edək ki, "Azəryol"un növbəti mərhələdəki rəqibi Çempionlar Liqasında qrup 3-cülərindən biri olacaq.