1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Azəryol" "Novara"ya qalib gəldi - YENİLƏNDİ
Bu gün qadın voleybolçulardan ibarət Azərbaycanın "Azəryol" klubu CEV Kubokunun Çelenc Raundunda ilk oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, rəqib İtaliyanın "Novara" klubu olub.
Voleybol Mərkəzində keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1. İlk setdən üstünlüyə yiyələnən "Azəryol" yalnız 3-cü setdə rəqibə cüzi fərqlə uduzub. Qalan setlərdə "Novara"nı böyük fərqlə üstələyən Ziya Rəcəbovun komandası fevralın 23-də İtaliyada keçiriləcək cavab görüşünə yüksək əhval-ruhiyyədə yollanacaq. Təkrar qarşılaşmada istənilən hesablı qələbədən əlavə, 2:3 hesablı məğlubiyyət də "Azəryol"u qane edir. Azərbaycan təmsilçisi 0:3 və ya 1:3 hesabı ilə uduzacağı təqdirdə isə qalib "qızıl set"də müəyyənləşəcək.
Cütün qalibi yarımfinalda "Dinamo" (Kazan, Rusiya) - "Ştutqart" (Almaniya) duelində qələbə qazanan komanda ilə görüşəcək.
11 fevral
CEV kuboku, Çelenc Raund
18:00. "Azəryol” (Azərbaycan) – "Novara” (İtaliya) - 3:1 (25:19, 25:17, 23:25, 25:17)
Hakimlər: Munir Fəttah (Almaniya), İqor Porvaznik (Rusiya)
Bakı. Voleybol Mərkəzi