Bu gün "ABU Arena"da Azərbaycanın ABU və Belçikanın "Femine Vize" komandaları arasında keçirilən "Çelenc Cup”ın III təsnifat mərhələsinin ikinci oyununun fasiləsində maraqlı olay baş verib.
Sportnet.az-ın oyunu canlı izləyən əməkdaşının verdiyi məlumata görə, tribunadakı azarkeşlərin uşaqları meydançaya girərək, qaçışmağa başlayıb. Bu vaxt məşq edən ehtiyat oyunçulara mane olduqları üçün onları meydandan çətinliklə yığmaq mümkün olub.
Qeyd edək ki, tribunada komandamızı dəstəkləyən azarkeşlər arasında futbol üzrə beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev, eləcə də "Sektor 11" fan-klubunun üzvləri də var. İlk yarıdan sonra ABU irəlidədir - 16:14.
Seymur KƏRİMLİ