1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Basketbol yığmasının baş məşqçisi: "Bizdə də problemlər var"
Bu gün Azərbaycan Basketbol Federasiyası 2016-cı ilin yekunlarına dair mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, milli komandanın baş məşqçisi Samit Nuruzadə iştirak edib.
S.Nuruzadə ilk olaraq Azərbaycanda basketbolun inkişaf etdirilməsi ilə bağlı görüləcək işlərdən danışıb: "Məni dəvət edəndə qarşıma yeniyetmə basketbolçuların inkişafına nail olmaq məqsədi qoyuldu. Məndən əvvəl vəziyyət fərqli idi. Hazırda 5 illik inkişaf proqramı hazırlanıb. Bu proqramı bir neçə mərhələyə bölə bilərik. Bu işi ağac hesab etsək, 5 ildən sonra yaxşı meyvə almaq üçün suyunu, gübrəsini bol etməliyik. Yığma üçün basketbolçular yetişdirməliyik. İlk növbədə məktəb basketbolunu inkişaf etdirməliyik. Hazırda bu var, amma inkişaf olunmalıdır. İkincisi U-14, U-16 və U-18 komandaları üçün istedadlı uşaqlar toplayıb, onlarla daha çox çalışmalıyıq. Üçüncüsü komandaların, yarışların, oyunların sayı artırılmalıdır. Dördüncüsü gələn il Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında iştirak etməkdir. 5-ci məsələ gənc komandaların Avropa çempionatında oynamasıdır. 6-cısı məşqçilərin sayı çoxalmalıdır. Sonuncu isə 2020-ci il kişilərdən ibarət yığmamızın ili kimi qəbul olunmalıdır. Hər federasiyada çətinliklər var. Əl-ələ verib bu çətinliklərin öhdəsindən gəlməliyik".
Baş məşqçi daha sonra yığma komandaların nəticələrindən və görülən işlərdən söz açıb: "2015/2016 mövsümündə U-16 yaş qrupunda 9, U-14 yaş qrupunda 13 komandanın iştirakı ilə yarışlar keçilirib. Burada seleksiya işləri aparmışam. Mən gələn gündən seleksiya ilə məşğul oluram. Rumıniyanın "Staua" komandasında oynayan azərbaycanlı 16 yaşlı basketbolçu var. İki idmançımız Gürcüstan çempionatında çıxış edir. Bizdə milliləşdirilmiş futbolçular var. Amma iki nəfərdən başqa hamısı Azərbaycan basketbolunun yetirməsidir. iki gürcü basketbolçu var ki, 9-10 yaşından Bakıda yaşayan 2 türk, 2 yaşından burada olan amerikalı boksçumuz var. U-16 və U-18-lə Avropa çempionatında çıxış etdik. Bundan əvvəl U-16 Xəzəryanı ölkələrin liqasına çağırılmışdı. İki tur artıq bitib. İndi iki tur qalıb. Biri Türkmənistanda, biri Azərbaycanda olmalıdır. İndi təşkilat komitəsi ilə söhbətlər gedir. Nəticədə ikinci yerdəyik. Təhsil Nazirliyi, İfman nazirliyi və Olimpiya komitəsinə təşəkkür edirəm. Bizim yarışlarda iştirak etməyimizə imkan yaradır. Bu il U-16 və U-18 Avropa çempionatının C qrupunda çıxış edib. U-16 birinci, U-18 isə ikinci olub".
S.Nuruzadənin sözlərinə görə, basketbolun inkişafı üçün ilk növbədə məktəblərdən başlamaq lazımdır. O, yığma komandaların məşqi, Azərbaycanda basketbol yarışlarının keçirilməsi üçün bazanın olmamasından söz açıb: "Bizim məktəb zallarından çıxmaq fikrimiz yoxdur. Çünki materialımızı oradan götürürük. Məşqçilərin orada çalışması çox önəmlidir. Hər bir idman növündə olduğu kimi bizdə də problem var. Məsələn, bazamızın olmaması. Ancaq bu şikayət deyil, problemin öhdəsindən gəlirik. Yaxşı olardı ki, öz bazamız olsun. Azərbaycanda basketbol zalları çoxdur. Maddi kömək məsələlərinə 5 illik inkişaf proqramından sonra baxılacaq. Hansı səbəblərəsə görə bizim milli çempionatımız o qədər də güclü deyil, amma iş aparılır. Gəncləri gücləndirsək, çempionatımız da güclü olacaq. 4-5 ildən sonra çempionatımızın əvvəlkindən də yaxşı olduğunu görəcəksiniz. Ölkə çempionatında bölgələrdən "Araz Naxçıvan" iştirak edir. Ancaq regionlarda məhz uşaqlar üçün yarışlar aparılır. Çünki siyasətimiz gənclərlə bağlıdır. Universitetlərin komandalarının olması, Azərbaycan çempionatında iştirakı çox gözəl olardı. Amma tələbələr arasında çempionat var. Bu qarşımıza qoyulan böyük suallardan biridir. Bu barədə söhbətlər olur və bunu davam etdirəcəyik. Ancaq indi daha gənc idmançıların inkişafından söhbət gedir. Üstəlik komandalar üçün xaricdə təlim-məşq toplanışları nəzərdə tutulub. Bu inkişaf üçün çox önəmlidir".
Bundan başqa baş məşqçi Azərbaycan basketbolçularının xarici klublarda çıxış etməsindən danışıb: "İspaniyada da çalışmışam. Onlarda orta boy bizimkilərdən daha alçaqdı. Bizim 16 yaşlı komandalarımızda problem ucaboylulardadı. Balaca boylarda problem yoxdur. Ender Polad Çexiya klubundadır. Əkbər Məmmədovun qolunda zədə var. Zədəsini sağaltdıqdan sonra o da Çexiyaya getməlidir. Avropada qazandığımız nəticələrə görə bizdə basketbola diqqət ayrılır. Fikrimcə kütləviliyə görə basketbol Azərbaycanda ikinci yerdədir. Əgər əvvəl 10 nəfərdən 2-si basketbola gəlirdisə, indi hər 10 nəfərdən 4-ü gəlir".