1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Klublarımızın Çempionlar Liqasındakı təqvimi açıqlandı
Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək qadın voleybolçulardan ibarət "Azərreyl" və "Telekom" komandalarının qrup mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, A və C qruplarında yer alan ölkə təmsilçiləri dekabrın 15-dən mübarizəyə start verəcək.
A qrupunda yer alan vitse-çempion "Telekom" ilk oyununu İtaliyada "İmoko Volley"ə qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. "Telekom" III turda da İtaliyaya səfər edəcək. Bu dəfə rəqib "Liu Jo Nordmeccanica" olacaq. Oyunun günü və başlama saatı açıqlanmayıb. "Telekom" sonuncu səfər görüşünü fevralın 21-də Polşanın "Ximik" komandasına qarşı keçirəcək.
Bakı təmsilçisi ilk ev oyununda 2017-ci il yanvarın 10-da "Ximik" klubunu qəbul edəcək. "Telekom" növbəti ev oyunlarını fevralın 8-də "Nordmekkanika"ya, bundan 20 gün sonra isə "İmoko Volley"ə qarşı keçirəcək. Sərhədçi İdman Olimpiya Mərkəzində keçiriləcək hər üç görüş saat 17:00-da başlayacaq.
C qrupunda mübarizə aparacaq çempion "Azərreyl" isə ilk oyununu evdə keçirəcək. Azərbaycan təmsilçisi dekabrın 15-də Polşanın "Dabrova Qornitsa", fevralın 9-da Fransanın "Sen-Rafael", həmin ayın 23-də isə Türkiyənin "Fənərbağça" klubunu qəbul edəcək. Bakı Voleybol Mərkəzində keçiriləcək görüşlər saat 18:00-da başlayacaq.
"Azərreyl"in ilk səfəri yanvarın 11-də Türkiyəyə olacaq. İstanbulda "Fənərbağça" ilə keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Yanvarın 25-də Fransada yarışacaq komanda Bakı vaxtı ilə saat 23:30-da "Sen-Rafael"lə münasibətlərinə aydınlıq gətirəcək. "Azərreyl"in Polşa səfərinin vaxtı və oyunun başlama saatı açıqlanmayıb.