1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Telekom" üçün uğursuz start - YENİLƏNDİ
Azərbaycanın "Telekom" klubu voleybolçu qadınlar arasında Çempionlar Liqasının qrup mərhələsində mübarizəyə başlayıb.
Sportnet.az-ın məlumatına görə, "rabitəçilər" bu gün A qrupunda ilk oyununa çıxıb.
Zoran Qayiçin baş məşqçi olduğu komanda İtaliyada "Konelyano"nun qonağı olub. Trevizo şəhərindəki "Palaverde Villorba" arenasında keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da start götürüb. Görüşü belçikalı Arturo Di Qyakomo və rusiyalı Andrey Zenoviç idarə edib.
Matç komandamız üçün uğursuz alınıb. Çünki "Telekom" 1 set belə qazanmadan məğlub olub.
Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsində Azərbaycanın daha bir təmsilçisi olan "Azərreyl" isə ilk görüşünü dekabrın 15-də Polşanın MKS komandasına qarşı keçirəcək. C qrupunun qarşılaşması Voleybol Mərkəzində baş tutacaq.
Çempionlar Liqası
A qrupu
23:30. "Konelyano" (İtaliya) - "Telekom" (Azərbaycan) - 3:0 (31:29, 25:14, 25:22)
Hakimlər: Arturo Di Qyakomo (Belçika), Andrey Zenoviç (Rusiya)