Azərbaycanı Çempionlar Liqasında təmsil edən qadın voleybolçulardan ibarət "Azərreyl" komandası bu gün mübarizəyə qoşulub. Sportnet.az-ın məlumatına görə, ölkə çempionunun yer aldığı C qrupundakı ilk rəqibi Polşanın "Dabrova Qornitsa" komandası olub.
Bakı Voleybol Mərkəzində keçiriləcək qarşılaşma saat 18:00-da başlayıb. Oyunda ədaləti serbiyalı İvan Lazareviç və italiyalı Stefano Sezar qoruyub.
Qarşılaşmanın ilk seti Azərbaycan təmsilçisinin xeyrinə başa çatıb - 25:21. Lakin Polşa komandası ikinci setdə üstünlüyü ələ alıb və 25:15 hesablı qələbə qazanıb. Üçüncü setdə isə yenidən "Azərreyl" rəqibə öz gücünü göstərib. Bu dəfə meydan sahibləri 25-22 hesabı ilə üstün olub. Görüşün 4-cü seti həlledici olub. Burada qalib tay-breykdə müəyyənləşib. "Azərreyl" 28:26 hesabı ilə qalib gələrək həm seti, həm də görüşü xeyrinə başa vurub.
"Azərreyl" növbəti görüşünü yanvarın 11-də Türkiyədə "Fənərbağça"ya qarşı keçirəcək. Komandamız sonrakı ev oyunlarını fevralın 9-da Fransanın "Sen-Rafael", həmin ayın 23-də isə Türkiyənin "Fənərbağça" klubuna qarşı keçirəcək. Bakıdakı qarşılaşmalar saat 18:00-da başlayacaq.
"Azərreyl"in ikinci səfəri yanvarın ayın 25-də Fransada "Sen-Rafael"lə qarşılaşacaq komanda fevralın 28-də isə Polşada meydana çıxacaq.
Qeyd edək ki, Azərbaycanın Çempionlar Liqasındakı digər təmsilçisi "Telekom" ilk görüşünü İtaliyada "İmoko Volley"ə qarşı keçirib. Həmin qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Çempionlar Liqası, qrup mərhələsi, I tur
C qrupu
18:00. "Azərreyl" (Azərbaycan) - "Dabrova Qornitsa" (Polşa) - 3:1 (25:21, 15:25, 25:22, 28:26)