1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Finalçılar bilindi, millimizin rəqibi Türkiyə oldu - YENİLƏNDİ
Voleybolçu qadınlar arasında Avropa çempionatında yarımfinal mərhələsinə start verilib. Sportnet.az-ın məlumatına görə, finala vəsiqə uğrunda ilk görüş Azərbaycan və Hollandiya yığmaları arasında keçirilib.
Bakıdakı Milli Gimnastika Arenasında təşkil olunmuş qarşılaşmanın ilk setini meydan sahibləri üstün başa vurublar. Lakin sonrakı iki setdə Hollandiya yığması daha üstün təsir bağışlayaraq, qələbə qazanıb. Dördüncü setdə Azərbaycan millisi yüksək əzmkarlıq hesabına setlərdə qələbə nisbətini bərabərləşdirib.
"Tay-breyk"də isə yenə Hollandiya üstün olaraq, qələbəyə nail olub - 3:2. Bununla da "narıncılar" ardıcıl ikinci dəfə Avropa çempionatının finalına yüksəliblər. Azərbaycan isə 12 ildən sonra yenə yarımfinalda uduzub.
Digər yarımfinal görüşündə Serbiya Türkiyəni üstələyib - 3:0.
Beləliklə, oktyabrın 1-də keçiriləcək final oyununda Serbiya Hollandiya ilə üz-üzə gələcək. Bürünc medal uğrunda görüşə isə Azərbaycan və Türkiyə yığmaları çıxacaqlar.
Avropa çempionatı
Yarımfinal
18:00. Azərbaycan - Hollandiya - 2:3 (25:20, 19:25, 19:25, 27:25, 12:15)
Hakimlər: Vladimir Oleynik (Rusiya), Onur Hoşnut (Türkiyə)
20:30. Serbiya - Türkiyə - 3:0 (17:25, 12:25, 21:25)
Hakimlər: Pavel Burkeviç (Polşa), Mario Bernaola (İspaniya)
Milli Gimnastika Arenası