
Çimərlik voleybolu üzrə qadın olimpiya çempionu Kira Valkenhorst Mariya adlı rəfiqəsi ilə ailə qurub. Sportnet.az-ın məlumatına görə, bu barədə Almaniya Voleybol Federasiyasının rəsmi tvitterində bildirilir.
"Arzuların toyu. Bizim Kira öz rəfiqəsi Mariya ilə Timmendorfer-Ştrandda evləndi" deyə vurğulanır.
Valkenhorst çimərlik voleybolunda Laura Lüdviq ilə cütlük təşkil edir. Onlar 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında və bu ilin avqustunda dünya çempionatında qızıl medal qazanıblar.
Qeyd edək ki, bir müddət kanadalı kişi fiqurlu konkisürən Erik Redford ispaniyalı həmcinsi Luis Fenero ilə nişanlandığını açıqlayıb.