1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Dünya çempionatında qrupdan çıxmağa çalışacağıq"
"Cənubi Koreyanı 3:1 hesabı ilə məğlub etməklə, azarkeşlərimizi sevindirdik”.
Sportnet.az xəbər verir ki, bunu "Report”a Azərbaycan milli komandasının voleybolçusu Yana Kulan Yaponiyada keçirilən dünya çempionatının II turunda Cənubi Koreya üzərində 3:1 hesablı qələbəni şərh edərkən deyib.
31 yaşlı hücumçu bildirib ki, ilk turda ABŞ-a 0:3 hesabı ilə uduzduqları görüşdən sonra toparlanmağı bacarıblar: "Cənubi Koreya ilə qarşılaşmada ən yaxşısını etməyə çalışdıq. Bu cür davam edəcəyik".
Kulan oktyabrın 2-də Rusiyaya qarşı keçirəcəkləri III tur matçı barədə də danışıb: "Cənubi Koreya ilə görüşdən sonra bir günlük istirahətdən yararlanacaq, enerji toplayacağıq. Növbəti matçımız Rusiyaya qarşıdır. Qrupdan çıxmaq tapşırığını yerinə yetirməyə çalışacağıq. Bizə azarkeşlik edin. Azərbaycan, irəli!”
Qeyd edək ki, C qrupunda turnir cədvəlinə 6 xalla ABŞ başçılıq edir. Rusiyanın 5, Tailand və Azərbaycanın hərəyə 3, Cənubi Koreyanın 1 xalı var. Turnir cədvəlini xalı olmayan Trinidad və Tobaqo qapayır. Azərbaycan millisinin Rusiya ilə görüşü sabah Bakı vaxtı ilə saat 8:40-da başlanacaq. Oktyabrın 3-də eyni saatda Trinidad və Tobaqo, oktyabrın 4-də saat 11:10-da Tailandla qarşılaşmalar oynanılacaq.