Voleybolçu qadınlar arasında Avropa çempionatında Azərbaycan millisi 1/8 final mərhələsinin oyununa çıxıb.
Sportnet.az-ıın məlumatına görə, 1/4 finala gedən yolda C qrupunu ikinci kimi bitirən yığma A qrupunun üçüncüsü olan Bolqarıstanla üz-üzə gəlib.
Görüş rəqib komandanın qələbəsi ilə yekunlaşıb - 3:0. Bununla da italiyalı Covanni Kapraranın başçılıq etdiyini milli 0:3 hesabı ilə uduzaraq, Avropa çempionatı ilə vidalaşıb. Bu məğlubiyyət Azərbaycanın Avropa Olimpiya Təsnifat Turnirinə gedən yolunu da bağlayıb.
Avropa çempionatı
1/8 final
1 sentyabr
20:30. Azərbaycan - Bolqarıstan - 0:3 (12:25, 16:25, 23:25)
Hakimlər: Mixail Temelis (Yunanıstan), Filipp Şürmann (Lixtenşteyn)
Budapeşt. Lasso Papp adına İdman Arenası.