Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların başlama vaxtı və keçirilmə yeri dəqiqləşib.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, qadın voleybolçuların Super Liqasında I turun ikinci matçı dekabrın 20-nə təsadüf edəcək.
Sabah Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Kompleksində baş tutaq qarşılaşmada “Mübariz” debüt oyununa çıxacaq. Onların rəqibi “Murov” olacaq. Görüşün start fiti 15:00-da veriləcək.
Ertəsi gün eyni saatda isə zal Yüksək Liqa təmsilçilərinin ixtiyarında olacaq. “MOİK” “Azərreyl”lə münasibətinə aydınlıq gətirəcək.
Qeyd edək ki, I turda Super Liqada “Azərreyl” “Abşeron”a 3:1, Yüksək Liqada “Neftçi” “Murov”a 3:0 hesabı ilə qalib gəlib.