
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turniri üçün heyəti dəqiqləşib.
Sportnet.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Vasif Talıbov 11 günlük təlim-məşq toplanışının yekununa əsasən Niderlanddakı yarışa yollanacaq oyunçuları müəyyənləşdirb.
O, yanvarın 7 - 12-də Apeldorn şəhərində baş tutacaq yarışda aşağıdakı voleybolçulara güvənəcək:
Toppaylayıcılar: 14. Kristina Yaqubova, 18. Şəfaqət Alışanova,
Blokçular: 6. Ayşən Abduləzimova, 21. Kseniya Pavlenko, 22. Mariya Kirilyuk
Hücumçular: 3. Anastasiya Qurbanova, 4. Nelli Salbişvili, 8. Yelizaveta Səmədova, 10. Nikalina Başnakova, 17. Polina Rəhimova, 20. Marqarita Əzizova
Liberolar: 16. Yuliya Kərimova, 19. Bəyaz Alıyeva,
Baş məşqçi: Vasif Talıbov
Məşqçilər: Famil Ağayev, Eldar Yusubov
Qeyd edək ki, Azərbaycan yığması A qrupunda Niderland, Polşa və Bolqarıstanla mübarizə aparacaq. B qrupunda Türkiyə, Almaniya, Belçika və Xorvatiya milliləri yer alacaq.
Reqlamentə əsasən, qrupda ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcəklər. Burada çarpaz olaraq üz-üzə gələcək yığmalar ardınca finalçını müəyyənləşdirəcəklər. Həlledici görüşdə isə Tokio-2020 Yay Olimpiya Oyunlarında Avropanı təmsil edəcək sonuncu komandanın adı dəqiqləşəcək.